Xəbər lenti
26/10/2026 [12:58]
Sabah 21° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Səfir - Xamenei Ermənistanı səmimi dost sayırdı

Baxılıb: 9217     Tarix: 09-07-2026 13:30   

İranın mərhum ali lideri Əli Xamenei Ermənistanı hər zaman sadəcə qonşu dövlət deyil, səmimi dost kimi görüb.

Qanunvehedef.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib.

O bildirib ki, İran-İraq müharibəsi illərində İrandakı erməni icması ölkənin müdafiəsinə əvəzsiz töhfə verib:

“Bizim üçün erməni icması sadəcə dini azlıq deyil, vahid xalqın, onun çoxəsrlik tarixinin, mədəniyyətinin və dözümlülüyünün ayrılmaz hissəsidir. Xamenei dövründə Tehran İrəvanla münasibətlərini dərin qarşılıqlı hörmət prinsipi əsasında qurub və bu əlaqələr heç vaxt siyasi məqsədəuyğunluq və ya formal qonşuluq münasibətləri ilə məhdudlaşmayıb. Xamenei Ermənistana münasibətlərə hər zaman xüsusi önəm verib, bu ölkəni səmimi qonşu adlandırıb və ona müstəsna ehtiramla yanaşıb. Xameneinin ölümü Tehranın strateji kursunu dəyişməyəcək və onun irsi Ermənistan-İran qardaşlıq münasibətlərinin gələcək inkişafı üçün əsas istiqamətverici olaraq qalacaq”.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar