Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ-nin dövlət borcu 40 trilyon dolları keçdi - Tarixdə ilk dəfə

Baxılıb: 8715     Tarix: 20-08-2026 10:21   

Amerika Birləşmiş Ştatlarının ümumi dövlət borcu tarixdə ilk dəfə olaraq 40 trilyon dollar həddini keçib.

Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, həmin tarixdə hökumətin borcunun məbləği 32,265 trilyon dolları keçib, hökumətlərarası borc isə 7,781 trilyon dollara çatıb.

Bununla, ABŞ-nin ümumi dövlət borcu 40,047 trilyon dollar olaraq hesablanıb.

ABŞ-nin dövlət borcu 2022-ci ilin əvvəlində 30 trilyon dollar səviyyəsini keçib. Ölkənin dövlət borcunun 5 ildən az müddətdə 10 trilyon dollar artması diqqət çəkir.

Pandemiya dövründə stimullaşdırıcı paketlər, faiz xərclərinin artması və vergi endirimləri kimi amillər bu artıma təsir edib.

ABŞ hökumətinin borcu bu ilin əvvəlində 38,4 trilyon dollar olub.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar