Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Yaralanan ABŞ əsgərlərinin sayı açıqlandı

Baxılıb: 8815     Tarix: 20-08-2026 10:33   

İranla müharibənin başlanmasından bəri 757 ABŞ hərbçisi yaralanıb, 18 hərbçi isə həyatını itirib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Belə ki, Pentaqonun Müdafiə İtkilərinin Təhlili Sistemində (DCAS) məlumatların yenilənməsi nəticəsində yaralanan hərbçilərin sayına 50-dən çox yeni qeyd əlavə edilib.

Məlumatlara əsasən, itkilər 28 fevraldan etibarən qeydə alınan hadisələri əhatə edir.

Pentaqon ötən ay iyulun 7-dən etibarən həlak olan və yaralanan hərbçilərin ayrıca izlənməsi üçün məlumat bazasına “Xarici Əməliyyatlar” adlı yeni kateqoriya əlavə etmişdi.

Bu tarix Donald Tramp administrasiyasının Konqresə İranla münaqişənin yeni mərhələsinin başladığı barədə məlumat verdiyi günə təsadüf edib.

Yenilənmiş rəqəmlər Pentaqonun əvvəlki məlumat bazasında bəzi ölüm və yaralanma hallarının çıxarılmasından sonra tənqidlərə məruz qalması fonunda açıqlanıb.

Ötən ay məlumat bazasından silinən 4 ölüm və onlarla yaralanma halının yenidən sistemə əlavə edildiyi bildirilib. Müdafiə Nazirliyi əvvəlki məlumat itkilərini “müvəqqəti məlumat kəsintiləri” ilə əlaqələndirib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar