Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Portuqaliyada niqab qadağan edildi

Baxılıb: 9114     Tarix: 21-08-2026 09:57   

Portuqaliya Prezidenti Antoniu Joze Sequro ictimai yerlərdə üzü tamamilə örtən geyimlərdən istifadəni qadağan edən qanunu imzalayıb.

Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən təşəbbüs iyul ayında Portuqaliya parlamentində qəbul edilmişdi.

Yerli media həmin sənədi “niqab haqqında qanun” adlandırır.

Qanun həmçinin din, cins, yaş və mənşə ilə əlaqəli səbəblərdən kimisə bu cür paltar geyinməyə vadar etməyi də qadağan edir.

Qaydaları pozan şəxslər isə 150 avrodan 3000 avroya qədər cərimə oluna bilər. Məhdudiyyətlər sağlamlıq, peşə fəaliyyəti, yaradıcılıq və hava şəraiti ilə bağlı sözügedən geyimlərdən istifadə edənlərə şamil edilməyəcək.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar