Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Britaniyanın baş naziri Kiyevdə - Foto

Baxılıb: 8911     Tarix: 24-08-2026 10:57   

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Kiyevə səfər edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Skay Nyus“ məlumat yayıb.

Bildirilib ki, Britaniya liderini dəmir yol vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.

Börnhemin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyi və Ukraynanın müstəqilliyinin 35-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Bundan başqa Börnhemin Ukraynaya uzunmənzilli raketlər sahəsində dəstək elan ediləcəyi də bildirilib.

Qeyd edək ki, bu, Britaniyanın yeni Baş nazirinin xaricə ilk rəsmi səfəridir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar