Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İran ABŞ-ni hədələdi

Baxılıb: 9616     Tarix: 28-08-2026 09:32   

“İqtisadi maraqlarınızı 100 faiz güclə hədəf alacağıq”.

Qanunvehedef.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Livanın “Əl-Manar” televiziyasına müsahibəsində bildirib.

“Blokada davam edərsə, ABŞ-ın iqtisadi maraqlarını 100 faiz güc və intensivliklə hədəf alacağıq”, – deyə o bildirib.

Rzayi Hörmüz boğazının tam açılmasını ABŞ-nin İranın şərtlərini qəbul etməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, əsas tələblər arasında Qərbi Asiyada, xüsusilə Livan və Qəzzada müharibələrin dayandırılması var.

İran rəsmisi ABŞ-yə təqdim olunmaq üçün şərtlər siyahısının hazırlandığını bildirib. O qeyd edib ki, hazırda gəmilərin boğazın ortasından keçməsi üçün müvəqqəti marşruta icazə verilir və gələcəkdə dəniz nəqliyyatı Vaşinqtonla razılaşmadan asılı olacaq.

Rzayi həmçinin İranın neft satışlarının sanksiyalardan əvvəlki səviyyəyə qayıtdığını, ixrac üçün yeni marşrutların yaradıldığını və üzən anbarlardakı ehtiyatların azaldıldığını deyib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar