Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Macarıstan hökuməti yaşa görə pensiyanı 4 dəfədən cox artıracaq

Baxılıb: 8216     Tarix: 28-08-2026 15:37   

Macarıstan hökuməti yaşa görə verilən minimum pensiyanın dörd dəfədən çox artırılması ilə bağlı qərar qəbul edib.

Qanunvehedef.az xəbər verir ki, bunu Baş nazir Peter Magyar “YouTube” kanalında yayımlanan videomüraciətində açıqlayıb.

“Öhdəliklərimizə uyğun olaraq, yaşa görə minimum pensiyasını 1 yanvar 2027-ci il tarixindən etibarən 120.000 forint (təxminən 653 AZN) səviyyəsinə qaldırırıq. Yüz minlərlə yaşlı həmvətənimiz üçün bu, ödənişlərin əhəmiyyətli dərəcədə artması, bir çoxları üçün isə ikiqat artması deməkdir”, - Magyar bildirib.

O, yaşa görə minimum pensiyanın 2008-ci ildən bəri 28.500 forint (təxminən 154 AZN) səviyyəsində dəyişməz qaldığını xatırladıb.

Bundan əlavə, Baş nazir bildirib ki, reseptli dərmanlara ƏDV ləğv ediləcək və odun alışı zamanı ƏDV 27%-dən 5%-ə endiriləcək ki, bu da yüz minlərlə yaşlı macarın həyat şəraitini yaxşılaşdırılmasına kömək edəcək.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar