Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ onlara qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək?

Baxılıb: 913     Tarix: 31-08-2026 09:46   

“ABŞ administrasiyası Tehrana təzyiqi artırmaq məqsədilə İranla əlaqəsi olan müxtəlif strukturlara qarşı hər həftə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır”​.

Qanunvehedef.az xəbər verir ki, bu sözləri ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

O bildirib ki, ABŞ ilk növbədə banklara qarşı tədbirlər görəcək: “Biz onlara deyirik ki, İranın pullarını saxlamaq və rejimə kömək etmək yolverilməzdir”.

Bessent əlavə edib ki, avqustun 31-dən sentyabrın 1-dək ABŞ-nin Şimali Karolina ştatının Eşvill şəhərində keçiriləcək G20 ölkələrinin maliyyə nazirlərinin görüşündə digər dövlətlərin nümayəndələrinə İranla əlaqələrə görə sanksiyalara məruz qala biləcəkləri barədə xəbərdarlıq edəcək.

ABŞ maliyyə naziri həmçinin qeyd edib ki, yeni anti-İran məhdudiyyətlərinə əməl etməyən ölkələrə qarşı da ikinci dərəcəli sanksiyalar tətbiq edilə bilər.

Bessent belə dövlətlərin ABŞ dollarına çıxışını itirmək riski ilə üzləşəcəyini də vurğulayıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}