Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Məhkəmədən İmran Xan və xanımı ilə bağlı qərar

Baxılıb: 9114     Tarix: 01-09-2026 12:36   

İslamabad Ali Məhkəməsi Pakistanın sabiq baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibinin təkadamlıq kamerada saxlanılmalarına etiraz olaraq etdikləri müraciətləri məqbul hesab edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Daun” qəzeti məlumat yayıb.

Məlumata görə, İslamabad Ali Məhkəməsi Adiala həbsxanasının rəhbərliyinə İmran Xan və Buşra Bibinin təkadamlıq kamerada saxlanılmamasını təmin etməyi tapşırıb.

Məhkəmə həmçinin onların həbsxana qaydalarına uyğun olaraq görüşünə şərait yaradılmasını qərara alıb.

Qərara əsasən, İmran Xanın ailə üzvlərinin onunla görüşməsinə, oğulları ilə telefonla danışmasına imkan yaradılmalıdır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar