Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İrandan ABŞ-nin “mülki şəxsləri hədəf almırıq” açıqlamasına - Reaksiya

Baxılıb: 985     Tarix: 03-09-2026 10:12   

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “ABŞ ordusu heç vaxt mülki şəxsləri hədəf almır” açıqlamasına reaksiya verib.

Qanunvehedef.az xəbər verir ki, o, sosial media paylaşımında CENTCOM sözçüsü Tim Hokinsin ABŞ ordusunun mülki şəxsləri hədəf almadığı barədə bəyanatını tənqid edib.

İran rəsmisi ABŞ ordusunun Əfqanıstan və İraqda toy mərasimlərinə endirdiyi zərbələri xatırladıb. O, 2002-ci ildə Əfqanıstanın Kakarak, 2004-cü ildə İraqın Mukaradeeb, 2008-ci ildə isə Əfqanıstanın Deh Bala və Veç Baqtu şəhərlərində toy mərasimlərinə hücum edildiyini bildirib.

Bəqayi mükafat qazanan ABŞ istehsalı “Vətən” serialında Pakistanda toy mərasiminə ABŞ ordusunun hücumunun təsvir edildiyini diqqətə çatdırıb: “Həqiqət o qədər dəhşətlidir ki, hətta Amerika təbliğatı belə Hokinsin bu gün irəli sürdüyü iddianı irəli sürməyə cəsarət etməyib. Sirik hekayə deyil. Mülki şəxslər realdır. Qurbanlar realdır”.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar