Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İranda məşhur iş adamı ağır cəza aldı

Baxılıb: 9312     Tarix: 03-09-2026 16:12   

İran Ali Məhkəməsi etirazçılara dəstək verdiyinə görə saxlanılan məşhur iş adamı Sadiq Səidiniya barədə qərarı təsdiq edib.

Qanunvehedef.az xəbər verir ki, bu haqda İran məhkəməsinin “Mizan” saytı məlumat yayıb.

Məlumata görə, Səidiniya bütün əmlak və aktivləri müsadirə olunmaqla, 12 il 6 ay həbs cəzasına məhkum edilib.

İş adamı “düşmən qrupların xeyrinə ölkənin təhlükəsizliyinə qarşı media və təbliğat fəaliyyəti aparmaq”da günahlandırılıb.

Qeyd edək ki, Qum şəhərindən olan Səidiniya İranın müxtəlif bölgələrində çoxsaylı kafe, restoran və şirniyyat evləri şəbəkəsinin sahibidir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar