Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ-nin toya hücumuna görə beynəlxalq məhkəməyə müraciət edildi

Baxılıb: 9714     Tarix: 04-09-2026 09:34   

İran Qızıl Aypara Cəmiyyəti ABŞ-nin İranın Hörmüzqan əyalətində toy mərasimi keçirilən evə hücumu ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Prokurorluğuna müraciət edib.

Qanunvehedef.az IRNA-ya istinadən xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Humanitar Hüquq üzrə müavini Raziyə Əlişvəndi açıqlayıb.

Onun sözlərinə görə, Haaqadakı BCM Prokurorluğuna göndərilən məktubda baş verən hadisə ilə bağlı ilkin məlumatlar təqdim olunub. Məktubda hadisənin Roma Statutunun hücumlarla bağlı müddəalarına uyğun olub-olmamasının hüquqi baxımdan qiymətləndirilməsi tələb edilib.

Əlişvəndi bildirib ki, ABŞ-nin İrana son hücumları zamanı Hörmüzqan əyalətinin Kuheştek şəhərində toy mərasimi keçirilən evə mərmi düşüb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 67 nəfər yaralanıb.

O vurğulayıb ki, mülki şəxslərin olduğu evin hədəfə alınması və ölənlər arasında uşağın olması hadisə ilə bağlı müstəqil və effektiv araşdırmanın təcili aparılmasını zəruri edir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar