Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Trampı hədələdiyinə görə həbs edildi

Baxılıb: 919     Tarix: 04-09-2026 11:11   

Los-Anceles sakini Benjamin Azariya Sautvort ABŞ Prezidenti Donald Trampa qarşı hədələr səsləndirdiyinə görə həbs edilib.

Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kaliforniyanın mərkəzi dairəsinin prokurorluğu məlumat yayıb.

“Los-Ancelesin Uestleyk rayonunun sakini, daha əvvəl podkastlar hazırlayan şəxs üç ittiham bəndi əsasında həbs edilib. Ona qarşı Prezident Donald Trampı ölümlə hədələmək, onun şəxsi vəkilini və ailəsini internetdə izləmək, təqib etmək ittihamları irəli sürülüb”, - məlumatda deyilir.

Qeyd olunub kimi, təqsirləndirilən şəxs “YouTube”, “Instagram” və “TikTok”dakı hesablarından, həmçinin öz saytından istifadə edərək Donald Trampa və onun tərəfdarlarına qarşı nifrət ifadə edib.

Təqsiri sübuta yetiriləcəyi halda, Sautvortu ümumilikdə 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar