Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İranda benzinin qiyməti ikiqat artdı

Baxılıb: 1017     Tarix: 08-09-2026 10:23   

İran hakimiyyəti limitdənkənar benzinin qiymətinin iki dəfə artırılması barədə qərar qəbul edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “RİA Novosti” İranın Neft Nazirliyinə istinadən məlumat yayıb.

“8 sentyabrdan etibarən üçüncü tarif üzrə hər litr benzinin qiyməti 10 min tümən (təxminən 0.12 AZN) təşkil edir”, - məlumatda deyilir.

Bununla belə, ilk iki tarifin dəyişməz qaldığı, müvafiq olaraq 1500 tümən (təxminən 0.019 AZN) və 3000 tümən (təxminən 0.037 AZN) təşkil etdiyi bildirilir.

Qeyd edək ki, İranda benzin 3 tarif üzrə satılır. Üçüncü tarif - yanacaq kartında ilk iki tarif tükəndikdən sonra benzinin satıldığı limitdənkənar tarifdir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar