Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp: Benzin qiymətlərinin aşağı düşəcəyini vəd etdi

Baxılıb: 10112     Tarix: 08-09-2026 11:22   

İranla münaqişə başa çatdıqdan sonra ABŞ-də benzin qiymətləri düşəcək.

Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Biz İranla müharibədə qalib gələndən sonra həm neftin, həm də qalan hər şeyin qiymətləri kəskin şəkildə düşəcək. Benzinin hər qallonunun qiyməti üç dollara, son nəticədə isə iki dollardan aşağı düşəcək”, - paylaşımda deyilir.

Qeyd edək ki, ABŞ-İran münaqişəsi səbəbindən Hörmüz boğazının bağlanması dünyanın əksər ölkələrində, o cümlədən ABŞ-də yanacaq qiymətlərinin artması ilə nəticələnib. Amerika Avtomobil Assosiasiyasının məlumatlarına görə, hazırda ABŞ-də benzinin hər qallonunun (təxminən 3,8 litr) orta qiyməti təqribən 4,1 dollar təşkil edir. Tramp daha əvvəl ölkədəki benzin satıcılarından qiymətləri dərhal aşağı salmağı tələb etmişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar