Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Venesuela: Türkiyəni seçdik, ABŞ razılaşmadı

Baxılıb: 461     Tarix: 16-05-2019 11:20   
Ölkəmiz Vaşinqton səfirliyinin qorunması üçün Türkiyənin “hami dövlət” olmasını təklif edib.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada ABŞ hakimiyyətinin Vaşinqtondakı Venesuela səfirliyinin boşaldılması qərarı ilə bağlı danışarkən deyib.
Monkada ABŞ-la Venesuela arasında diplomatik münasibətlərin kəsildiyini və Vyana sazişinə uyğun diplomatik münasibətlər çərçivəsində ABŞ-ın Karakasdakı səfirliyi üçün İsveçrəni “qoruyucu dövlət” kimi seçdiyini bildirib.
“Biz də Türkiyəni hami dövlət kimi təklif etdik. Təklifimizə “biz sizi tanımırıq” deyərək mənfi yanaşdılar, Quaidonu tanıdıqlarını söylədilər”, - Monkada deyib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Quaidonun təyin etdiyi səfir Karlos Veççionun səfirlik binasının boşaldılmasını tələb etdiyini açıqlamışdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar