Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Sabah” “Vikinq”ə qarşı

Baxılıb: 932     Tarix: 04-11-2026 10:35   

Bu gün Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur oyununa çıxacaq.

Qanunvehedef.az xəbər verir ki, Valdas Dambrauskasın komandası Norveçdə “Vikinq”lə qarşılaşacaq.

“Viking Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq. Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Hazırda turnir cədvəlində “Sabah” 3 xalla 25-ci, “Vikinq” isə 1 xalla 33-cüdür.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur

00:00. “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan)

Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan de Qrot, Coui Koy.

VAR: Jeroen Maşkot (Niderland).

“Viking Stadium”.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar