Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ermənistan QARIŞDI: məhkəmə binaları xalq tərəfindən tutuldu

Baxılıb: 544     Tarix: 20-05-2019 10:49   

Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı minlərlə ermənini ayağa qaldırıb.
Qanunvehedef.az publika.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən etirazçılar Ali Məhkəmə Şurası, Konstitusiya Məhkəməsi, paytaxtın Nor-Nork və Avan rayonlarındakı məhkəmələr və digər inzibati binaların qarşısına toplaşıblar.
Onlar "Ədalətli məhkəmə adına!" şüarı ilə çıxışlar edir və məhkəmə əməkdaşlarının binalara daxil olmasını əngəlləyirlər. Bundan başqa, bəzi məhkəmə binalarının pəncərələri sındırılıb.
Nikol Paşinyanın isə günorta saatlarında məhkəmə sistemi ilə bağlı geniş çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün vətəndaşlara müraciət edərək bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırıb. O, ədliyyə sahəsində də inqilab edəcəklərini deyib.
Xatırladaq ki, 18 mayda Ermənistan sabiq prezidenti Robert Koçaryan azadlığa buraxılıb. Nikol Paşinyan Koçaryanın azadlığa buraxılmasından sonra inqilabın "ikinci mərhələsinin" başladığını elan edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar