Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Prokuror 1 milyon ələ keçirən müəllimə cəza istədi

Baxılıb: 679     Tarix: 06-06-2018 12:45   

Bakıda dələduzluqda təqsirləndirilən İmişli rayon sakini, 1971-ci il təvəllüdlü Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Qanunvehedef.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, Vəfa Osmanlının 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses iyunun 11-də davam edəcək.
Vəfa Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunur.
O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxşın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. İş üzrə zərərçəkmiş qismində tanınanların bir neçəsi müəllim işləyir.
O, ümumilikdə 1 milyon manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.
Vəfa Osmanlının barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. O əvvəllər Azərbaycan İqtisad Universitetində tyutor vəzifəsində çalışıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar