Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Deputat Əhməd Cavada abidə qoyulmasını təklif etdi

Baxılıb: 574     Tarix: 06-06-2018 13:45   

VIII Beynəlxalq Şairlər Günü çərçivəsində Şəmkirdə türk dünyasının istiqlal şairləri Əhməd Cavad və Məhməd Akif Ərsoya həsr olunmuş tədbir keçirilib.
Qanunvehedef.az xəbər verir ki, tədbirdə Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, AYB-nin mətbuat xidmətinin sədri Xəyal Rza, İLESAM-ın sədri Məhməd Nuri Parmaksız və Türkiyədən gəlmiş çoxlu şair, yazar və aydınlar iştirak ediblər.
Q.Paşayeva çıxışında Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cümhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi böyük xidmətlərdən, böyük acılarla bitən ömür yolundan danışıb:
“20-ci əsrdə Anadoluda insanlar düşmən qüvvələrə qarşı mübarizə aparanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb orada yaşayan insanlarımıza çatdırılması üçün çalışırdı. Yetim qalan qız uşaqlarının normal ailələrə verilməsində iştirak edərək bu qızlar “bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi. O, 20-ci əsrin əvvələrində Azərbaycanın müstəqilliyi, Türkiyə üçün bəzən silaha, bəzən qələmə sarılırdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq türk millətinin acıları onun acıları idi və o, gecə-gündüz milləti üçün çalışırdı”.
Deputat Qara dənizə baxan ən uca yerlərin birində Əhməd Cavada abidə qoyulmasını təklif edib.
Q.Paşayeva həmçinin İstiqlal marşının müəllifi Məhməd Akif Ərsoyla bağlı da geniş çıxış edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar