Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Basabas, insanlar maskasız: metro açılmalıdır... - Video

Baxılıb: 763     Tarix: 06-05-2020 13:24   

Bu gün müşahidə etdim: avtobuslar ağzına qədər dolu, əksəriyyəti də maska taxmayıb. Koronavirusun yayılması üçün bundan rahat şərait ola bilərmi?
Qanunvehedef.az Axar.az istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa hazırda bakı şəhərində nəqliyyatla bağlı məsələlərə münasibət bildirərkən qeyd edib.
O bildirib ki, çox sayda vətəndaş bununla bağlı ona müraciət edib və narahatlıqlarını bildiriblər.
F.Mustafa vurğulayıb ki, ilkin olaraq həm metronun, həm də dairəvi hərəkət qatarının xidmətə başlaması zəruridir:
“İlkin olaraq metro səhər saat 08:00-11:00 arası, sonra isə saat 16:00-20:00 arası işləyə bilər. Bu işə gedib-gəlmə saatlarının sıxlığını götürmək üçün məqsədəuyğun olardı. Ancaq heç bir halda metroya maskasız şəxs buraxılmamalıdır. Bu qayda qatarlarda da təmin olunmalıdır. Apteklərdə apardığım müşahidələr onu göstərir ki, maska qıtlığı artıq sezilmir. Yəni bəhanələr də əvvəlki kimi aktual deyil. Bu halda həm avtobusların yükü azalar, həm təhlükəsizlik təmin olunar, həm də sıxlığın qarşısını almaq olar”





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar