Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nikol türklər üçün bir tapıntıdır - Tevanyan

Baxılıb: 804     Tarix: 03-01-2021 11:48   

2020 Nikolun ili idi.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Siyasi İqtisadiyyat” Araşdırma İnstitutunun rəhbəri Andranik Tevanyan qeyd edib.
O bildirib ki, dünya artıq 2021-ə qədəm qoyub, Ermənistanda isə hələ də 2020-ci ildir:
“Bizə yeni il gəlmədi. 2020 - Nikolun ili idi. O, həmişə “artsax”a, qarabağlılara və erməni ordusuna nifrət edib. Belə bir insan türklər və azərbaycanlılar üçün tapıntı idi.
2020-ci ildə Paşinyanın komandanlığı ilə “artsax” dövlətçiliyini itirdik, qarabağlılar qaçqın oldu, Ermənistanın artıq de-fakto ordusu yoxdur. Təbii ki, hamımızın diqqəti insan və ərazi itkilərindədir. Lakin unutmayaq ki, milyardlarla dollar həcmində hərbi texnika da itirmişik. Bərpa üçün isə çox böyük səy və pul lazım olacaq”.
Ekspert deyib ki, Ermənistan özü şərti olaraq müstəqil dövlətdir, çünki təhlükəsizliyi yalnız Putin vasitəsi ilə təmin olunur:
“Rusiya faktorunun olması səbəbindən Paşinyanın çəkdiyi xəttə baxmayaraq, Azərbaycan Xankəndiyə girmədi.
2020-ci ildə minlərlə oğlanımızı itirdik, ölənlərin, əsirlərin, itkin düşənlərin, yaralananların və əlillərin sayı açıqlanmır.
Nikol vəzifədə olduğu müddətdə yalanlar, kapitulyasiya və tənəzzül davam edəcək. O, ölkəmizi viran qoyacaq bir mənbənin üzərində oturan canavardır.
Nikolun müxalifəti Ermənistan Respublikasıdır. O, Ermənistan Respublikasına qarşı mübarizə aparır, çünki ölkə ondan etdiklərinin və etmədiklərinin hesabını tələb edəcək”.шаблоны для dle 11.2