Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şurnuxda ermənilər 1 evi saxlamaq istədilər, alınmadı

Baxılıb: 714     Tarix: 04-01-2021 16:47   

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndinin 12 evin yerləşdiyi ərazisi Azərbaycana təhvil verilib.
Qanunvehedef.az xəbər verir ki, bunu Gorus icmasının rəhbərinin müavini Menua Ovsepyan "Sputnik Ermənistan"a açıqlamasında deyib.
Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində ötən gün 11 evin veriləcəyi, bir evin isə saxlanılacağı açıqlansa da, sonda o evin də sahibi köçmək qərarı verib. Ev sahibi deyib ki, evi Azərbaycan Ordusunun postunun düz yanındadır və orada yaşaya bilməz. Beləliklə, ermənilər dünənki inadlarından geri çəkiliblər.
Kənd nümayəndəsi Akop Arşakyan agentliyə bildirib ki, kəndlilər son əşyalarını toplayıb gedirlər və kəndin Azərbaycana aid hissəsinin girişində nəzarət nöqtəsi qurulub.
"Bu gün kəndlilərlə bir görüş keçirdik, orada erməni sərhədçiləri, bir neçə rus sülhməramlısı da var idi. Kəndlilərə açıq şəkildə qaytarılan əraziyə keçməməyi, hətta heyvanlarının da orada gəzməməsini təmin etməyi tapşırdılar", — Arşakyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Sünik vilayətinin Şurnux kəndində 12 binanın Azərbaycanın ərazisinə düşdüyü təsdiqlənmişdi. Yanvarın 2-də Azərbaycan Ordusu ərazidə post quraraq, ermənilərə həmin evləri boşaltmaları üçün yanvarın 5-nə kimi vaxt vermişdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar