Rusiya səfiri yenə Petrosyanın şəxsi malikanəsinə getdi
Baxılıb: 626 Tarix: 26-01-2021 12:03
Ermənistanın birinci prezidenti, hazırkı baş nazir N.Paşinyanın ideoloji atası sayılan Levon Ter-Petrosyan Rusiyanın işğalçı ölkədəki səfiri Sergey Kopırkini növbəti dəfə öz şəxsi malikanəsində qəbul edib.
Qanunvehedef.az Moderator.az-a istinadən xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, bu haqda özünün Fesybuk səhifəsində L.Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan yazıb.
Saat yarıma yaxın davam edən görüşdə Ermənistan-Rusiya münasibətlərinin inkişafı, regional təhlükəsizlik, o cümlədən son Qarabağ savaşı zamanı əsir düşmüş erməni hərbçilərin qaytarılması və s. məsələlərin müzakirə edildiyi bildirilir.
Xatırladaq ki, eyni zamanda Ermənistan Milli Konqresi partiyasının lideri olan L.Ter-Petrosyan Azərbaycanın son müzəffər savaşından az öncə - 2020-ci il sentyabrın 9-da və Şuşanın azad edilməsi ilə həmin savaş dayandırıldıqdan 2 gün sonra - noyabrın 12-də də işğalçı ölkənin müttəfiqi olan Rusiyanın səfirini öz evində qəbul edərək məzmunu tam açıqlanmayan müzakirələr aparıb.
Ən çox oxunanlar
Son xəbərlər