Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Erməni KİV: Bəs hanı “artsax”? Rusiya da etiraf edir… - Video

Baxılıb: 636     Tarix: 08-02-2021 13:08   

Ermənistanda “arsax”ın mövcudluğuna inanan insan qalmayıb. Buna inanmaq üçün sadəlövh olmaq lazımdır. Əgər burada hər şeyi Bakı həll edirsə, hansı “artsax”dan söhbət gedə bilər? Bir şey ki, Azərbaycanın xəbəri olmadan Stepanakertə (Xankəndi – red.) heç kəs daxil ola bilməz.
Qanunvehedef.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalı “Armsider” yazıb.
“Qondarma “arsax hökuməti” gözdən pərdə asmaq üçün saxlanılıb. Bugünlərdə bu “hökumət” Şuşa şəhərində azərbaycanlı hərbçilərə elektrik enerjisi verməyi boynuna götürüb.
İndi artıq hər şey aydın olur:
- Ermənilərdən başqa, Bakının rəsmi icazəsi olmadan Xankəndiyə heç kəs daxil ola bilməz;
- Keçmiş və qondarma “dqr”in geydirmə rejimi hətta “bayrağ”ından istifadə etməklə müxtəlif tədbirlər təşkil edə bilməz;
- Nəhayət, həmin “artsax” Şuşa şəhərində Azərbaycan hərbçilərinə elektrik enerjisi verir.
Burada tamamilə məntiqi sual yaranır: “Bəs “arsax” hanı? Cavab isə aydındır: o yoxdur! Azərbaycanın tərkibində Qarabağ var və bunu hamı, o cümlədən Rusiya etiraf edir”, - kanal yazır.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar