Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qarabağda yeni təxribat: rusca “dövlət dili” olur?..

Baxılıb: 605     Tarix: 17-02-2021 15:02   

Dağlıq Qarabağ separatçılarının rus dilini “ikinci dövlət dili” kimi tanıması təxribat olmaqla yanaşı, uzaq məsafəyə hesablanmış hiyləgər gedişdir. Keçmiş sovet məkanında rus dilində ən zəif danışan millətlərdən biri ermənilərdir. Ancaq bu, ermənilərə Rusiyanın vassalı olmasına mane olmur. Halbuki Rusiyanın siyasi dairələrində də bilirlər ki, İrəvanda nə rus dilində məktəb, nə də Ermənistanda bu dilin geniş yayılması üçün zəmin var.
Qanunvehedef.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, erməni separatçılarının rus dilini “ikinci dövlət dili” kimi tanıması Rusiyanın siyasi dairələrində xoş qarşılanacaq:
"Erməni separatçılarının ümidi də bunadır. Başqa bir fakta müraciət edək. 10 noyabrdan bu yana başda Azərbaycan Prezidenti olmaqla, cəmiyyətimizdə rusiyalı hərbçilərin Qarabağdakı fəaliyyətlərinə dair xeyli sualları və iradları səslənib. Ancaq bu 3 ayda ermənilərin dilindən rusiyalı hərbçilərin fəaliyyəti ilə bağlı bir irada rast gəlmədim. Bu, o demək deyil ki, ermənilər rusiyalı hərbçilərin fəaliyyətindən tam razıdırlar. Misal üçün rusiyalı hərbçilər Laçın dəhlizi üzərindən Qarabağa keçmək istəyən Fransa nümayəndə heyətini geri qaytardılar. Aydındır ki, bu olay Ermənistan hakimiyyətinin və Qarabağdakı separatçıların xoşuna gəlməyib. Ancaq səslərini çıxartmadılar. Çünki bilirlər ki, kiçik istisnalar xaricində rusiyalı hərbçilərin bölgədəki fəaliyyəti ümumilikdə erməni separatizmini mümkün qədər qorumağa xidmət edir”.
Qeyd edək ki, keçmiş və qondarma “dqr”in separatçı-terrorçu başçısı Araik Arutyunyan rus dilinə “ikinci dövlət dili” statusu tanıyan “qərar” qəbul edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar