Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Şuşa Azərbaycanındır” deyən erməni qadın hədəfə çevrildi

Baxılıb: 600     Tarix: 08-03-2021 12:48   

Ermənistanda baş tutan mitinqdə kanallara açıqlama verən və Şuşanın, eyni zamanda Qarabağın (Ermənistan mediası bunu “artsax”ın deyə qeyd edib – red.) Azərbaycana aid olduğunu bildirən qadın hədəfə çevrilib.
Qanunvehedef.az xəbər verir ki, erməni mediası sözügedən qadının Xaçatur Sukiasyanın evində işlədiyini xüsusi olaraq vurğulayıb.
“Nikol Paşinyanın 1 mart mitinqində “Şuşa, əlbəttə ki, azərbaycanlılarındır, “artsax” da Azərbaycana məxsusdur” deyən qadın Nikol Paşinyanın şəriki olan oliqarx Xaçatur Sukiasyanın evində xadimə işləyir. Onu adi vətəndaş kimi mitinqə gətiriblər və Paşinyanın müdafiəsi üçün çıxış etməsini istəyiblər. Ancaq o, qalmaqallı açıqlaması ilə tənqid hədəfinə çevrilib”, - erməni mediası yazıb.
Qeyd edək ki, Ermənistanda Şuşanın və Qarabağın Azərbaycana aid olduğunu deyən yalnız bu qadın deyil. Bundan öncə də ermənilər arasında açıq şəkildə bu faktı etiraf edənlər haqda məlumat vermişdik. Lakin həmin şəxslər dərhal medianın hədəfinə çevrilir və sosial şəbəkədə müxalifətin aktivləri “vətənpərvərlik oyunu” ilə bundan istifadə etməyə, ən əsası isə bu həqiqətin etirafının qarşısını almağa çalışırlar.
Bu, ənənəvi erməni təbliğatının nəticəsidir. Bir müddətdən sonra həmin qadının və yaxud az öncə Şuşanın Azərbaycanın olduğunu deyən yaşlı kişilərin “təsadüf nəticəsində” öldüyü də ortaya çıxa bilər. Məqsəd isə düşmənçiliyi daimi olaraq saxlamaq və bundan hakimiyyətə gəlmək üçün istifadə etməkdir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar