Şuşa qalasının girişi bərpa olundu - Foto
Baxılıb: 618 Tarix: 17-03-2021 11:29
Şuşada qala divalarının girişi bərpa olunub.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, qalanın girişinin uçmuş hissələri bərpa edilərək əvvəlki vəziyyətə gətirilib, girişin üzərindəki "Şuşa" yazısı da öz yerini alıb.
Bərpa işləri ilə 22 nəfərdən ibarət heyət məğul olub.
Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi buraya köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir.
Ən çox oxunanlar
Son xəbərlər