Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arutyunyan: Müharibəyə qalxsaq, bizi yox edəcəklər!

Baxılıb: 698     Tarix: 19-03-2021 12:21   

Uzun illər, onilliklər ərzində erməni cəmiyyətinin təhsil səviyyəsi durmadan azalıb. Hazırda ermənilər ən kiçik mənəvi norma və ya dəyərləri olmayan savadsız və qəddar cəmiyyətə çevrilib.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Avetis Arutyunyan yazıb.
“Ermənistanın problemlərinin dərin səbəbləri var və əlbəttə ki, bu problemlər mövcud hakimiyyət və ya Nikol Paşinyan ilə məhdudlaşmır. Sonuncusu sadəcə olaraq erməni reallığında konsentrasiya edilmiş keçmiş problemlərin daşıyıcısıdır. Nikolun ən əsas səhvi hakimiyyətdən yapışmasıdır. Bu, uzun müddətdir baş qaldıran problemləri daha da dərinləşdirir.
Cəmiyyətimizin minimum təhsil səviyyəsində biz yaxşı, inkişaf etmiş, səmərəli, çiçəklənən dövlətə malik olmaq istəyirik. Belə olmur”, - deyə erməni ekspert bildirib.
Onun sözlərinə görə, Ermənistan kimi deqradasiyaya uğramış siyasi sistemi olan cəmiyyətdə normal dövlət ola bilməz, bu, cəfəngiyatdır:
“Məhz bu səbəbdən Ermənistanın, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, uzunmüddətli inkişaf perspektivi olmayacaq. Biz yenidən müharibə istəyi ilə baş qaldırsaq, bizi yox edəcəklər. Çünki bizim cəmiyyət məhz buna da laiqdir”.шаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking