Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arutyunyan Gerasimova da zəng etdi: Yenə Zəngəzur...

Baxılıb: 423     Tarix: 24-03-2021 17:49   

Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan ilə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov arasında telefon danışığı olub.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Telefon danışığı zamanı Ermənistan-Rusiya hərbi əməkdaşlığı, Rusiya-Ermənistan qoşunlarının birgə fəaliyyəti, Sünikin təhlükəsizlik problemlərinin həlli müzakirə olunub.
Tərəflər, həmçinin Ermənistan ordusunun modernləşdirilməsi və genişmiqyaslı reformlar məsələsinə toxunublar.
Arutyunyanla Gerasimov Rusiyanın yüksəkvəzifəli nümayəndə heyətinin Ermənistana səfəri barədə razılaşıblar.
Qeyd edək ki, Arutyunyan dünən Rusiya müdafiə naziri Sergey Şoyqu ilə danışmışdı.шаблоны для dle 11.2