Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanlılar bizi mühasirəyə alıb... - Erməni hərbçi

Baxılıb: 919     Tarix: 31-03-2021 14:41   

Azərbaycan hərbçiləri bizi dörd tərəfdən əhatəyə alıb.
Qanunvehedef.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Gorus yaxınlığında, Laçın rayonu ilə sərhəddə yerləşən Xnatsax kəndindəki erməni hərbçilər deyir.
Erməni mediası yazır ki, kəndin ətrafında kiçik erməni postu qalıb. Azərbaycan hərbçiləri erməni hərbçilər üzərində kəskin üstünlüyə malikdirlər.
“Azərbaycan hərbçiləri istədikləri vaxt bizim postu tuta bilərlər. Biz dörd tərəfdən onların mühasirəsindəyik. 100 metr məsafədə Azərbaycan əsgəri dayanır, onların bayrağı dalğalanır”, - erməni hərbçilərdən biri deyir.
Ermənistanın işğal dövründə Laçın rayonu istiqamətində irəli çəkdiyi dövlət sərhədi sərhədin demarkasiyası zamanı əvvəlki yerinə qaytarılıb. Nəticədə Xnatsax kəndi ordumuzun müşahidə nəzarətinə düşüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar