Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Paşinyan Putinlə görüşə gedir: Bakı ilə bağlı xahişi…

Baxılıb: 474     Tarix: 01-04-2021 11:56   

Qanunvehedef.az Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin müsahibəsini təqdim edir:
Ermənistan mətbuatının verdiyi xəbərlərə görə, Paşinyan Moskvaya səfərə hazırlaşır və səfər çərçivəsində Rusiya Prezidenti ilə görüşü nəzərdə tutulur. Sizcə, bu səfər görüşdən nə gözləmək olar?
- Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtı təyin olunub və belə mühüm hadisə ərəfəsində Ermənistan Baş nazirinin Moskvaya səfər etməsi başadüşüləndir. Hazırda Ermənistan siyasi mühitində getdikcə radikallaşan siyasi mübarizə bütün iddiaçıları, o cümlədən Paşinyanı gözlənilən seçkilər ərəfəsində Moskvanın dəstəyini almağa sövq edir. İndiyədək guya müxalifətin vahid blokunda birləşmiş siyasi partiyalar da artıq hər biri ayrı-ayrılıqda ölkədən kənarda özlərinə siyasi dəstək axtarmaqla məşğuldur. Rusiya Prezidenti ilə görüş baş tutarsa, ehtimal etmək olar ki, seçki problemləri ilə yanaşı 10 noyabr tarixli Birgə Bəyanatın müddəalarının yerinə yetirilməsi də əsas müzakirə mövzusu olacaq. Bu məsələ ilə bağlı Rusiyanın mövqeyi bizə məlumdur və Bəyanatda nəzərdə tutulan bütün tədbirlər tam şəkildə həyata keçirilməlidir.
- Sizcə, Paşinyan bu səfərdə istədiyi dəstəyi ala biləcəkmi?
- Onu demək asan deyil, çünki bu, Rusiyanın hazırki şəraitdə və gələcək üçün Cənubi Qafqazla bağlı planlarından asılıdır. Amma onu deyə bilərik ki, əslində Rusiya üçün Ermənistanda kimin hakimiyyətə gəlməsi elə də önəmli deyil. İstənilən halda Ermənistan Rusiyadan tam asılıdır və Ermənistandakı istənilən siyasi hakimiyyət Rusiyanın bu bölgədəki siyasətinə xidmət etməyə məcbur olacaq.
- Belə bir ehtimal irəli sürülür ki, Paşinyan seçkilər ərəfəsində öz reytinqini yüksəltmək üçün Azərbaycanda saxlanılan hərbçilərin qaytarılmasında Rusiyadan kömək istəyə bilər. Bu, nə dərəcədə realdır?
- Ermənistanın “hərbi əsirlər” adlandırdığı terrorçular Azərbaycanda saxlanılır və onlar törətdikləri terror və diversiya əməllərinə görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunublar. Onların taleyi Rusiyadan yox, Azərbaycandan asılıdır. Paşinyan bu barədə Rusiya prezidentindən vasitəçi rolunda kömək istəyə bilər. Lakin istənilən halda bu barədə qərarı yalnız Azərbaycan tərəfi verə bilər.
- Ermənistanda yaxınlaşan seçkilərdə hansı siyasi qüvvənin hakimiyyətə gəlmək imkanını daha yüksək qiymətləndirirsiz?
- Əslində erməni seçicilərin elə çox seçim imkanı yoxdur. Hazırda Ermənistan cəmiyyətində keçirilən rəy sorğuları Paşinyan tərəfdarlarının daha çox olduğunu göstərir. Müxalifət blokunun vahid koalisiya şəklində seçkilərə qatılması isə mümkün deyil. Seçki tarixi yaxınlaşdıqca onların öz arasındakı rəqabət də güclənəcək. Seçkiyə qədər qalan az müddət ərzində hər hansı üçüncü bir qüvvənin də seçkilərdə qalib gəlmək üçün təşkilatlanmağa kifayət qədər vaxtı yoxdur. Ona görə hadisələrin qanunauyğun istiqamətdə cərəyan edəcəyi təqdirdə Paşinyanın və onu dəstəkləyə biləcək digər siyasi qüvvələrin koalisiya şəklində hakimiyyətə sahib olacağını gözləmək olar.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar