Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ruslar Azərbaycan torpağında ermənilərə kişilik dərsi keçir

Baxılıb: 520     Tarix: 06-04-2021 11:27   

Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında ermənilərin yeni şousuna start verilib.
Qanunvehedef.az xəbər verir ki, dünənə qədər Sovet İttifaqına qarşı vuruşan və alman faşizminə dəstək verən Qaregin Njdeyə Qarabağda da abidə qoyan, faşizm üzərində qələbənin 75 illiyində iştirak etməmək üçün Moskvaya səfərdən müxtəlif bəhanələrlə yayınan Ermənistan hakimiyyəti rus sülhməramlıları ilə birgə guya 76-cı ildönümə “hazırlaşır”, “Ailə Tarixi - Zəfər Tarixi” adlı aksiyaya qoşulub.
Aksiya 1941-1945-ci illərdə Almaniyaya qarşı döyüşlərdə həlak olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Əsgəran rayonunun Xanabad kəndinin yerli 104 əsgərinin abidəsinin ziyarəti ilə start götürüb.
Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda “gənc nəsil arasında Böyük Vətən müharibəsi mövzusuna marağı artırmaq və tarixin təhrif olunmasının qarşısını almaq məqsədilə” aksiyanın bir aydan çox davam edəcəyi bildirilib.
“Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Qarabağdakı erməni müəllimlərlə birlikdə mütəmadi olaraq məktəblilər və tələbələrlə görüşəcək, cəsarət (kişilik) dərslərinin keçirilməsində mütəmadi olaraq iştirak edəcəklər”, - məlumatda qeyd edilib.
Zəruri olaraq qeyd edək ki, Azərbaycan Böyük Vətən müharibəsinə Ermənistandan fərqli olaraq, tarixinin şərəfli parçası kimi baxır. Ona görə də bu aksiyanın Ermənistanda keçirilməsi daha məqsədəuyğundur.
Rus sülhməramlılarının ermənilərə kişilik dərsi keçməyə çalışmasının, həm də bunu Azərbaycan ərazisində etməsinin özü qəribədir.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar