Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Gürcüstanda azərbaycanlılarla bağlı yeni layihə

Baxılıb: 632     Tarix: 15-04-2021 11:11   

Aprelin 15-dən Gürcüstanda “Etnik azlıqlar üçün təmənnasız hüquqi xidmətlərə giriş” adlı məlumat kampaniyası başlayacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərtac-a Dövlət nazirinin müşaviri Ayaz Məmmədov məlumat verib. O bildirib ki, kampaniya Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin təşəbbüsü, USAİD, Tolerantlıq, Vətəndaşlıq Şüuru və İnteqrasiya (UNAG) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə təşkil olunur.
Dövlət naziri Tea Axvlediani deyib ki, vətəndaş bərabərliyi siyasətinin prioritet istiqamətlərindən biri də etnik azlıqların nümayəndələri üçün dövlət proqramları və müxtəlif mövzularda tədbirlər keçirməklə onların məlumatlılığını artırmaqdır.
Etnik azlıqlar üçün təmənnasız hüquqi xidmətlər vətəndaş bərabərliyi və dövlət siyasətinin əsas prioritetlərdən biridir.
Layihə çərçivəsində Gürcüstanın bölgələrində, o cümlədən azərbaycanlıların daha çox yaşadıqları Kvemo Kartli bölgəsinə daxil olan Marneuli, Bolnisi, Qardabani, Dmanisi, Tsalka, Tetriskaro və digər ərazi vahidlərində, kənd və qəsəbələrdə xüsusi pulsuz hüquqi yardım üzrə maarifləndirmə tədbirləri keçiriləcək.
Müəllimlərə, gənclərə ilk dəfə hüquqi yardım və ondan istifadə qaydaları haqqında məlumat veriləcək.
Kampaniyadan müəllim və şagirdlər, gənclər, bələdiyyə üzvləri, eləcə də maraqlı olan hər bir vətəndaş yararlana biləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar