Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Yeni klinika”da rüşvətdən Ramin Bayramlının xəbəri olub?

Baxılıb: 412     Tarix: 23-04-2021 11:24   
Ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində “Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-in Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayevin həbsi ciddi müzakirələrlə müşayiət olunur.
Qanunvehedef.az xəbər verir ki, koronovirus xəstələri üçün ayrılan sözügedən xəstəxanalardakı vəziyyət, orda xəstələrin müalicəyə qəbul edilərkən yüksək məbləğdə rüşvət tələb edilməsindən TƏBİB-in məlumatsız olması qəribə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri “TƏBİB məlumatsızdırsa, demək, Ramin Bayramlı yerində deyil, məlumatlı idisə və tədbir görmürdüsə, demək, korrupsiyada əli olub və yaxud vəzifəsinə laqeyd yanaşıb” məntiqindən çıxış edirlər.
“Azpolitika.az” saytı isə “Yeni klinika”nın direktoru ilə Ramin Bayramlının dostluq münasibəti olduğunu, hətta birincinin o vəzifəyə gətirilməsində TƏBİB sədrinin rol oynadığını iddia edib.
Bu iddianı gücləndirən məsələ isə Ramin Bayramlının 1979-cu il, Pərviz Abbasovun və İmran Ağayevin isə 1981-ci il təvəllüdlü olmaları, təxminən eyni dövrdə Tibb Universitetində təhsil almaları göstərilir.
Yayılan iddialarla bağlı TƏBİB-dən saytımıza verilən açıqlamada bildirilib:
“İstintaqı aparan və əməliyyatı keçirən Baş Prokurorluqdur. Bu mövzuda bizim deyəcəyimiz heç nə yoxdur”.шаблоны для dle 11.2