Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan və Türkiyədən Qarabağla bağlı növbəti addım

Baxılıb: 431     Tarix: 30-04-2021 11:45   

Qarabağda hərbi cinayətlərin araşdırılması üçün iki ölkə - Azərbaycan və Türkiyə arasında birgə komissiya yaradılıb.
Qanunvehedef.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiti Hulusi Kılıç deyib.
O qeyd erdib ki, yaradılan komissiyada 30-dan çox ölkənin nümayəndəsi iştirak edir və yaxın günlərdə araşdırmalara start veriləcək:
“Komissiya Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin təklifi, Dünya Türk Yazarlar Birliyi başqanı Salih Kurt və İslam Ölkələri Alimlər Birliyinin baş direktoru, professor Bayram Altanın təşəbbüsü ilə yaradılıb. Burada 30 ölkədən nümayəndələr var ki, mən də həmin şəxslərdən biriyəm. Komissiyanın məqsədi 44 günlük Vətən müharibəsi dövründə işğalçı ermənilərin qardaş Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlərin araşdırılmasıdır.
Bildiyimiz kimi müharibə dövründə erməni silahlı qüvvələri Gəncə və Bərdəyə istifadəsi qadağan olunan raketlər atıb, mülki əhaliyə qarşı qətliam həyata keçiriblər. Araşdırmalarımız məhz bu yöndə olacaq. Məqsədimiz Ermənistanın faşizm siyasətini bütün dünyaya göstərməkdir”.
Hulusi Kılıç əlavə edib ki, komissiyanın fəaliyyətində həmçinin elm adamları və din xadimlərinin də iştirakı nəzərdə tutulub:
“Onlar Qarabağ bölgəsində məscidlərə və abidələrə dəymiş ziyanı araşdıracaqlar”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar