Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Akademiya yaxınlığında yeni Azercell Eksklüziv!

Baxılıb: 573     Tarix: 23-06-2018 13:32   

Abunəçilərinin rahatlığı və xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə “Azercell Telekom” paytaxt və regionlarda eksklüziv mağazalarının fəaliyyətini genişləndirir.
Qanunvehedef.az xəbər verir ki, bu dəfə şirkət Bakı şəhəri Yasamal rayonu, S.Dadaşov küçəsi, Elmlər Akademiyası metro stansiyasının yaxınlığında açılan yeni konsepsiyalı ofisini abunəçilərin ixtiyarına verib.
Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətlərə qoşulmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satış mütəxəssisləri dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar da icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən əlavə cihazlar, müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 20:00-a qədər abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır. Onu da qeyd edək ki, açılış günündən etibarən 3 gün ərzində “Azercell Eksklüziv” mağazasından alış-veriş edən müştərilər xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə qazanmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Azercell”in Eksklüziv mağazaları Bakı (Tbilisi prospekti, 44C, Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30\42, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12) və Sumqayıtda (11-ci Mk-rn, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi) abunəçilərin ixtiyarına verilib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar