Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tiflisdən reaksiya: Nazir və kəşfiyyat şefi Dmanisidə

Baxılıb: 594     Tarix: 17-05-2021 16:21   

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Liluaşvili Dmanisi şəhərinə gəlib.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “SputnikGürcüstan” yayıb.
Şəhərdə jurnalistlərə açıqlama verən Qomelauri qanunu pozan hər kəsin sərt cəzalandırılacağını bildirib:
“Dünən baş verənlər çox kədərlidir. Dünəndən biz araşdırmaya başlamışıq. Bu insanların kim olmasının önəmi yoxdur. Qanunu pozanlar sərt şəkildə cəzalandırılacaqlar. Bu, çox pis faktdır. Nədəncə bəziləri konflikti millətlərarası etmək istəyirlər. Azərbaycanlılar və gürcülər vətəndaşlarımızdırlar. Biz əsrlərlə birgə yaşamışıq, qardaşıq. Bu məsələ etnik qarşıdurmaya qədər böyüməməlidir”.
O, hələlik həbslərlə bağlı heç bir məlumatı təsdiqləməyəcəyini deyib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar