Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Petrosyan: Bakıya qarşı təhdid səsləndirməyi bitirin!

Baxılıb: 536     Tarix: 24-05-2021 13:50   

44 günlük müharibədə məğlubiyyətə görə təkcə Nikol Paşinyan məsuliyyət daşımır.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan deyib. O, Paşinyanın sələflərinin bu məğlubiyyətdə günahkar olduğunu bildirib.
Ter-Petrosyan Paşinyanın sələfləri siyahısında Vətənin Xilası Hərəkatının üzvlərinin olduğunu söyləyib.
Eks-prezident Paşinyanı “müxalifətin övladı” adlandırıb:
“1997-ci ildən başlayaraq, Erməni Ümummilli Hərəkatını çıxmaq şərti ilə Ermənistandakı bütün siyasi qüvvələr davamlı olaraq İrəvan üçün Qarabağ probleminin həllində əlverişli olan bütün təşəbbüsləri və cəhdləri rədd ediblər. Bütün qüvvələr Qarabağda status-kvonun saxlanması siyasətinə sarılmışdılar və hansısa kompromis variantlarından imtina edirdilər. Nəticədə ölkəni elə fəlakətə gətirib çıxardılar ki, indi yalnız Paşinyanı ittiham edirlər.
Anlamaq lazımdır ki, bizim fəlakət payımızda xalqın heç bir günahı yoxdur. Məhz xalq bu fəlakətin nəticəsinin yeganə və birbaşa daşıyıcısıdır”.
O, Ermənistan və diasporun hələ də məğlubiyyətdən heç bir nəticə çıxarmadığını bildirib:
“Müharibədən sonrakı ritorika yenə də xarici dünyadan mənasız, boş gözləntilərdən, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirməkdən ibarətdir. Seçkiqabağı kampaniya dövründə bu tendensiya yalnız güclənəcək. Bu o deməkdir ki, erməni xalqını itkilər və məyusluq gözləyir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar