Türk generaldan sərhəd açıqlaması: Həllini tapacaq!
Baxılıb: 522 Tarix: 26-05-2021 12:10
Azərbaycanın həyata keçirdiyi siyasət beynəlxalq hüquqa və milli mənəvi dəyərlərə əsaslanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun işğal altındakı torpaqları düşməndən azad etməsi beynəlxalq hüququn verdiyi haqdır. Dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüququn tələbi, xalqların arzusu, normal təfəkkürlü insanlar üçün ən yüksək dəyərlərdən biridir. Çünki sülh və sabitliyin qorunması sərhəd toxunulmazlığından və qarşılıqlı anlaşmadan asılıdır.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücəl Karauz bildirib.
O bildirib ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərlə bağlı qarşı tərəfin yaydığı təxribat xarakterli informasiyalar qəbuledilməzdir:
“Azərbaycan bütün dünyaya sübut edib ki, dövlət siyasətinin əsasını sülh və sabitliyin qorunmasına, inkişaf və rifaha yönələn proseslər təşkil edir. Ermənistan tərəfi isə təcavüzkar niyyətlərinin nəyə gətirib çıxaracağını dərk etməli və regiondakı inkişaf şanslarını düzgün dəyərləndirilməlidir. Hazırda regiondakı bütün iqtisadi layihələrin tərəflərinin müəyyən edilməsində söz sahibi olan Azərbaycanla hesablaşmadan bu layihələrə daxil olmaq mümkün deyil. Ermənistan Azərbaycanla dövlət sərhədinin bərpasını anlaşma şəraitində qəbul etmək istəməsə belə, bu proses həllini tapacaq. Çünki Azərbaycan beynəlxalq hüququn tətbiqində qərarlıdır. Perspektivdə olan beynəlxalq layihələrə qoşulmağın yeganə yolu isə qarşılıqlı əməkdaşlıq və ehtiramdan keçir”.
Mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə qaldırılan məsələləri xatırladan general Yücel Karauz əminliklə ifadə edib ki, Azərbaycanın dövlət başçısının bütün çağırışları beynəlxalq hüququ və ölkələrin inkişaf istəyini özündə ehtiva edir:
“Ona görə də Azərbaycanın mövqeyi təkcə region üçün deyil, fundamental inkişafı qəbul edən bütün tərəflər üçün maraqlı və cəlbedicidir”.

Ən çox oxunanlar
Son xəbərlər