Ermənistan tərəfindən sərhədin pozulması... - Piter Teys
Baxılıb: 583 Tarix: 03-06-2021 13:58
Silahlı təxribatlar və Ermənistan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədinin pozulması halları beynəlxalq təşkilatlar və dünya ölkələri, o cümlədən ABŞ, Fransa, Almaniya və Avropa Birliyi tərəfindən qətiyyətlə pisləməlidir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Report-a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatı şərh edərkən bildirib.
“ABŞ Dövlət Departamentində təşkil edilən mətbuat konfranlarında regional təhlükəsizliklə bağlı Qafqazdakı vəziyyətin və İrəvandakı faşist rejiminin yürütdüyü siyasətin dəhşətli fəsadlarının müzakirə edilməməsi yolverilməzdir. Rəsmi Vaşinqton əvvəlki kimi Avrasiyanın bu regionundakı vəziyyətlə bağlı geosiyasi dialoqda iştirak etmir”, - P.Teys hesab edir.
Politoloq deyib ki, ATƏT-in Minsk qrupu daha fəal olmalı və Azərbaycan Respubikasının ərazi suverenliyinin kobud şəkildə pozulması hallarını pisləməlidir:
“İndiyədək ATƏT-in Minsk qrupunun həmsədrləri özlərini çox sakit aparıblar və demək olar ki, heç bir addım atmayıblar”.
P.Teys baş verənlərə görə Ermənistan rəhbərliyinin məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb:
“Rəsmi Vaşinqton və Brüssel tərəfindən onlara qarşı sanksiyalar tətbiq edilməlidir. Ermənistana rüşvətxor avtokratlar rəhbərlik edirlər. Öz həmvətənlərinin həyat şəraitini yaxşılaşdıra bilməmələri onları silahlı təxribatlara əl atmağa, bununla da həssas regional təhlükəsizliyi pozmağa və Avropanın demokratik institutlarına zərər vurmağa məcbur edir. Rəsmi Vaşinqton məsələ ilə bağlı qəti mövqe nümayiş etdirməli və Ermənistan rəhbərliyini məsuliyyətə cəlb etməlidir”.
Ekspertin fikrincə, erməni ictimaiyyətinin diqqətini ən mühüm məsələlərdən yayındırmaq üçün Ermənistan hökumətinə başçılıq edən siyasi partiyaların çoxu bu yaxınlarda Azərbaycanla sərhəddə baş vermiş silahlı təxribatları daxili təbliğat məqsədilə istifadə etməyə çalışır.
P.Teys həmçinin əmindir ki, ABŞ Dövlət katibi Entoni Blinken Bakıya rəsmi səfər etməklə rəsmi Vaşinqtonun Cənubi Qafqazdakı geosiyasi iştirakının möhkəmləndirilməsində əhəmiyyətli rol oynaya bilər:
“Bu, Cozef Baydenin prezidentliyi dövrünün ən vacib nailiyyəti və Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə tarixi dönüş nöqtəsi ola bilər”.
Ən çox oxunanlar
Son xəbərlər