Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Fransa bu məsələdə Azərbaycana kömək etməlidir

Baxılıb: 615     Tarix: 09-06-2021 12:41   

Fransa erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsində kömək etməlidir.
Qanunvehedef.az xəbər verir ki, bunu fransalı senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule Tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsində Azərbaycana dünya ictimaiyyəti, o cümlədən Fransa kömək göstərməlidir.
Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar