Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nikol inadı qırdı, mina xəritəsini verdi və... - Kuznetsov

Baxılıb: 564     Tarix: 13-06-2021 14:14   

Bu baş verdi: Azərbaycan 15 erməni hərbçini Ağdamda basdırılan 97 min mina xəritəsinə dəyişdirdi.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı hərbi ekspert Oleq Kuznetsov qeyd edib. O bildirib ki, buradan 5 nəticə çıxarmaq mümkündür:
“Birinci – Paşinyan öz generallarının inadını sındırmağı bacardı və nəticədə xəritələr verildi. Bu, Paşinyanın seçkidə seçici səsləri uğrunda mübarizə baxımından ciddi qələbəsidir, eyni zamanda dolayısı da olsa, ötənilki müharibədə məğlub olan erməni generalların revanş üçün heç bir şansının olmadığının etirafıdır. Yəni sağlam düşüncə qalib gəldi – baxmayaraq ki, bu, İrəvan üçün nadir hadisədir.
İkinci – İrəvan əlindəki kiçik təsir vasitələrindən birini adekvat şəkildə qarşılığını almadan Azərbaycana verdi. Bu, Paşinyanın və ətrafının daxili siyasi qarışıqlığa rəğmən, Azərbaycanla prosesin tənzimlənməsi ilə bağlı danışıqlara davam etmək istədiyini göstərir. Mina xəritələrinin verilməsi Paşinyanın blokunun seçkilərdə qalib gələcəyinə əminliyini ifadə edir. Erməni cəmiyyətinin reaksiyasından asılı olaraq 20 iyunadək bu süjet xətti təkrarlana, qalan mina xəritələri ilə digər diversantlar da dəyişdirilə bilər. Paşinyan indi çox ağıllı şəkildə pauza verməyi bacardı. Bununla o, Köçəryanı "ermənilərin həyatı, yoxsa siyasi ambisiyalar" kimi çətin dilemması qarşısında qoydu.
Üçüncüsü - Azərbaycan bu dəyişmə ilə beynəlxalq humanitar sahədə mövqeyini gücləndirdi. Bu, İlham Əliyevin Azərbaycan Ordusunun erməni xalqı ilə deyil, ancaq torpaqları işğal edən erməni elitası ilə müharibə apardığı barədəki tezisinin həqiqət olduğunu bariz şəkildə sübut etdi. Müharibə qurtardı, ədalət zəfər çaldı. Dünənki düşmən bugün danışıq apardığın tərəfdaşa çevrilir. Bəs indi düşmənçilik nəyə lazımdır? Rəsmi Bakının sözləri ilə əməlləri həmişə üst-üstə düşür. Bunun üçün hansısa əlavə sübut tələb olunmur.
Dördüncüsü – Ağdamdakı minalanmış sahələrin xəritələrinin verilməsi Qarabağ separatçılarının Xankəndidəki qalıqlarının ambisiyalarına yaxın zamanda kifayət qədər böyük zərbə vuracaq. Artıq onların işğalçıların izlədiyi xəttin sonsuzadək davam edəcəyinə ümidi yoxdur, bundan sonra da olmayacaq. Separatçılar artıq situasiyanın girovuna, Bakı və İrəvan arasındakı danışıqlarda mübadilə məzənnəsinə çevriliblər. Lakin hələ bunun üçün şərtlər tam şəkildə formalaşmayıb. Bunların ardınca da sülhməramlı qüvvələr Qarabağdan çıxacaq.
Beşincisi - diversantların mina sahələrinin xəritələri ilə dəyişdirilməsi təsdiqlədi ki, İrəvanın danışıqlardan çıxdığı barədə açıqlaması sözdür, reallıqda isə danışıqlar davam edir. Yalnız bu danışıqlar “kölgəli şəkildə”dir, bütün razılaşmalar icra edilir – ancaq Paşinyana daxili siyasi arenada maksimal qazanc gətirəcək səviyyədə. Buna görə də seçkilərdən əvvəl yeni sürprizləri gözləmək lazımdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar