Xəbər lenti
21/10/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Paşinyan yenə Putinə zəng etdi

Baxılıb: 768     Tarix: 24-08-2022 11:41   

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti telefon danışığı olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
“Qarabağ ətrafında vəziyyətin müzakirəsi davam etdirilib. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi təsdiq edilib”, - məlumatda deyilir.
Tərəflər regionda sabitliyin təmin olunmasında Rusiya sülhməramlı kontingentinin rolunu qeyd ediblər.
Bundan başqa, Paşinyan və Putin Rusiya və Ermənistanın strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının bəzi aktual mövzularını müzakirə ediblər.
Qeyd edək ki, V. Putinlə N. Paşinyan arasında sonuncu danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə avqustun 8-i baş tutmuşdu. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar