Xəbər lenti
21/10/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin növbəti görüşü Brüsseldə keçiriləcək” - KİV

Baxılıb: 674     Tarix: 31-08-2022 13:10   

Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın üçüncü görüşü Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, növbəti görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündən sonra – bu ay ərzində baş tutacaq.
Xatırladaq ki, ötən gün Rusiyanın paytaxtı Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar