Xəbər lenti
21/10/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zakir Həsənov Quru Qoşunlarına göstərişlər verib - FOTOLAR

Baxılıb: 611     Tarix: 03-01-2023 14:47   

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, yanvarın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib, xidməti-döyüş fəaliyyətinə dair müvafiq göstərişlər verib.
Sonra Quru Qoşunlarının idarə heyəti ilə keçirilən xidməti müşavirədə görülən işlərin təhlili aparılıb, döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı göstərişlər verilib.
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Azərbaycan Ordusunun qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə komandir-rəis heyətinin diqqətinə çatdırıb. Müşavirə iştirakçılarına 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.


 
Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar