Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Rusiyanın yeni hücumu vaxtından əvvəl bitəcək...” - “Putin yenə ordusunun imkanlarını düz qiymətləndirmir”

Baxılıb: 500     Tarix: 03-02-2023 14:15   

“Kreml görünür, yenə Ukryanda böyük hücum kontekstində öz ordusunun imkanlarını həddindən artıq yüksək qiymətləndirir”.
Qanunvehedef.az “AzPolitika.info” istinadən xəbər verir ki, bunu ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) Ukrayna savaşı ilə bağlı son hesabatında bildirib.
İnstitutun mütəxəssisləri hesab edirlər ki, rus ordusunun hazırkı durumu böyük və uğurlu hücum əməliyyatları keçirəcək səviyyədə deyil və Putin yenə öz ordusunun imkanlarını düz qiymətləndirmir: “ISW Rusiya qüvvələrinin Uykraynanın şərqində Ukrayna qüvvələrini mart ayına qədər məğlub edərək, Donetsk vilayətinin 11300 kvadrat kilometrlik ərazisini işğal edə biləcək səviyyədə öz hərbi gücünü bərpa etdiyinə dair heç bir sübuta rast gəlmir”.
İnstitut bildirir ki, xeyli vaxtdır müzakirə olunan və gözlənilən Rusiya hücumu vaxtından əvvəl – “apreldəki yağışlar mövsümu, ya da daha tez bitəcək”. Müətəxəssislər qeyd edirlər ki, nəticədə rus ordusu gözlədiyi ciddi operativ irəliləyişə nail ola bilməyəcək.
Əvəzində, institut hesab edir ki, rus ordusunun hücumu dəf ediləndən sonra Ukrayna tərəfinin əlverişli əks-hücum imkanları yaranacaq: “Rusiya qüvvələrinin (hücum nəticəsində) tükənməsi Ukrayna qüvvələrinin Qərbin tankları gəldikdən sonra yazın sonları, ya da 2023-cü ilin yayında əks-hücuma keçməsi üçün əlıverişli şərait yaradacaq”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar