Xəbər lenti
21/10/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ukrayna Rusiyada hansı hədəfləri vuracağını açıqladı

Baxılıb: 651     Tarix: 09-02-2023 15:17   

Özümüzün istehsal etdiyimiz silahlarla milli təhlükəsizliyimizə təhdid yaradan obyektləri məhv etmək hüququmuz var.
Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.
O qeyd edib ki, söhbət Qərb silahlarından Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilməsindən getmir:

“Lakin özümüzün istehsal etdiyimiz silahlarla milli təhlükəsizliyimizə təhdid yaradan obyektləri məhv etmək hüququmuz var. Çox sadə bir nümunə göstərim. Xarkov şəhəri Rusiya ərazisindən S-300-lərlə mütəmadi olaraq atəşə tutulur. Sizcə, Rusiya ərazisində yerləşən bu sistemləri məhv etmək hüququmuz var, ya yox? Təbii ki, var. Biz bunu Qərbin silahı ilə deyil, hazırda arsenalımızda olan öz silahlarımızla edəcəyik”.

Danilov vurğulayıb ki, Ukrayna istehsalı silahlarla lazımi funksiyaları yerinə yetirmək mümkündür:

"Qərb silahından Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilməyəcək: Öz istehsalımız olan raketlərə gəlincə, vətəndaşlarımızın təhlükəsizliyi baxımından kritik əhəmiyyət kəsb edən obyektləri məhv etməyə tam hüququmuz var. Bizim öz istehsalımız olan raketlərimiz, komplekslərimiz, PUA-larımız var. Bu silahlarla lazımi funksiyaları yerinə yetirmək mümkündür”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar