Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Tbilisidəki aksiyalarda 58 polis xəsarət alıb

Baxılıb: 734     Tarix: 10-03-2023 12:23   

Gürcüstanın paytaxtı Tbilisidə 2 gün ərzində keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının 58 əməkdaşı xəsarət alıb.
Qanunvehedef.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Teymuraz Kupatadze açıqlayıb.
Onun sözlərinə görə, DİN polis əməkdaşlarına qarşı hər bir zorakılıq halını araşdırır.
Xatırladaq ki, Gürcüstanda martın 7-si “xarici agentlər” barədə qanun layihəsinin qəbul edilməsindən sonra etiraz aksiyaları şiddətlənib. Ölkə parlamentinin qarşısında martın 7-8-i baş verən etirazlar zamanı 133 nəfər saxlanılıb. Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası etirazlardan sonra qalmaqallı qanunu geri götürüb. Gürcüstan DİN isə aksiyalar zamanı saxlanılan bütün etirazçıların sərbəst buraxıldığını açıqlayıb.



{sape_links}{sape_article}