“ABŞ Cənubi Qafqazda sülhün mümkün olduğuna inanır” - Dövlət Departamenti + FOTOLAR
Baxılıb: 637 Tarix: 02-05-2023 12:15
“ABŞ Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə nail olmaq istəyir. Buna görə bu həftə danışıqları asanlaşdırmaq məqsədilə Cənubi Qafqaz regionunda dinc gələcəyi təmin etmək üçün birlikdə çalışan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməkdən məmnunuq”.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.
Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda sülhün mümkün olduğuna inanır: “Dövlət katibi Blinken xarici işlər nazirlərini dünən qarşılamaqdan və bu səhər Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilən açılış plenar iclasında iştirak etməkdən şərəf duydu.
Dövlət katibi hesab edir ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Bu, onun dərindən məşğul olduğu şeydir. Burada ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da fəal iştirak edir. Biz buna diqqət yetirməyə davam edəcəyik.
Biz inanırıq ki, bu iki ölkə arasında sülh mümkündür və biz onları alqışlamaqdan məmnunuq. Nəticədə bunun necə olacağı iki ölkənin verəcəyi qərardan asılıdır. Son nəticədə biz Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq. Biz Cənubi Qafqazda regionunda iki ölkə arasında sülh və sabitliyin əldə olunması yollarını axtarırıq”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər